26 iyun 2024 00:36
436

A vitamini kimlərə qadağandır?

“Rosiya 1”də yayımlanan “Ən vacibi haqqında” verilişində doktor Aleksandr Myasnikov A vitamini və beta-karotinin yaşlılar və hamilə qadınlar üçün niyə əks göstəriş olduğunu izah edib.

Onun sözlərinə görə, hamilə qadınlar heç vaxt A vitamini qəbul etməməlidirlər. Multivitaminlər alarkən hamilə qadınlar üçün xüsusi vitaminlər seçməyə dəyər. Çünki bəzilərində xüsusilə birinci trimestrdə fetusun deformasiyasına səbəb ola biləcək dozalarda A vitamini var.

"Hətta hamilə qadınlara deyirik: qaraciyər paşteti yeməyin, A vitamini ilə zəngin qidalar yeməyin – bu, sizin üçün birbaşa zərərlidir", - deyə həkim xəbərdarlıq edib.

Yaşlı insanlarda isə A vitamini osteoporoz və sümük qırıqları riskinin artmasına səbəb ola bilər. Bu səbəbdən onlar da qida rasionlarına diqqət etməlidirlər.

Nubar Süleymanova, “İki sahil”