Göyçay rayonunda quldurluq hadisəsi törədilib. Zərərçəkən şəxs polisə müraciət edərək üzləri maskalı naməlum şəxslərin onu döyərək avtomobilin yük yerində saxladıqlarını və üzərində olan 5000 manatı götürərək hadisə yerindən uzaqlaşdıqlarını bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "İki sahil"ə verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Əli Piriyev, qohumu Orxan Piriyev, Ruslan Səmədov, İlkin Bəşirov və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər cinayəti Əli Piriyevin təklifi ilə törədiblər.
Onlardan quldurluq yolu ilə əldə etdikləri pulun bir qismi aşkarlanıb.
Məhkəmənin qərarı ilə saxlanılan 4 nəfər barəsində həbs, yetkinlik yaşına çatmayan şəxs haqqında isə digər növdən olan qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
ADSEA Yengicə su anbarı və Şirvan suvarma kanalının tikintisi çərçivəsində mediatur təşkil etdi - FOTO/VİDEO
Rəyasət Heyətinin Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması qərarı təsdiq edilib
Hepatit B və C tam müalicə olunurmu? – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti açıqlayır
YAP Kürdəmir rayon təşkilatında Nəsibə Hidayətovanın 65 illik yubileyi qeyd olunub
Uşağın susan dili, danışan davranışları: nitq və psixoemosional inkişafın görünməyən siqnalları
Ombudsmanın seçilməsi ilə bağlı məsələ parlamentin plenar iclasına tövsiyə edilib