24 iyun 2024 18:15
870

İsti havalarla bağlı xəbərdarlıq: DİQQƏT EDİN!

Yay fəslinin gəlməsi ilə əlaqədar olaraq istilik və rütubətin artması ilə birlikdə bədən temperaturunun yüksəlməsi həyati əhəmiyyətə malik orqanlara da mənfi təsir göstərir. Belə bir məqamda Qidalanma və Diyetetik Mütəxəssisi Merve Bayram, su içməyin əhəmiyyətinə toxunaraq, su içmək üçün susamağı gözləməmək lazım olduğunu bildirib.

Merve Bayram, xüsusilə xroniki xəstəliyi olanların, yüksək isti havalarda qidalanmalarına daha çox diqqət etmələri barədə xəbərdarlıq edib. Mütəxəssiz vurğulayıb ki, maye, bədənin olmazsa olmazıdır. Xüsusilə yay aylarında daha da önəmli olan maye qəbulu, həyati bir əhəmiyyətə malikdir. Tərləmə ilə bədəndə maye, mineral və elektrolit itkisi baş verir. Maye və mineral itkisini qarşısını almaq üçün gündə ən azı 2-2,5 litr su içmək vacibdir: “Su içmək üçün susamağı gözləməyin. Su içməkdə çətinlik çəkənlər, suya təzə meyvə dilimləri, nanə, limon, zəncəfil, xiyar kimi qidalar əlavə edə bilərlər. Soyuq bitki çayları, evdə hazırlanan limonad, ayran və mineral su da maye qəbulunu artırmağa kömək edə bilər. Qəhvə, çay və qazlı içkilər su içmə meylini azaltdığı üçün bədəndə maye itkisini əvəz etməyəcəkləri unudulmamalıdır”.

Axşam yeməyi saatının çox gecəyə saxlanılmaması, mümkün olarsa ən gec saat 20:00-da yeyilməli olduğunu bildirən Merve Bayram, yatmazdan 2-3 saat əvvəl kiçik bir ara yeməklə günü başa vurmağın sağlamlığa faydalı olduğunu qeyd edib.

Qidalanma və Diyetetik Mütəxəssisi sözlərini belə tamamlayıb:  “Qida təhlükəsizliyi xüsusilə isti günlərdə daha da vacib əhəmiyyət daşıyır. İsti havalarda xüsusilə ət və ət məhsulları, toyuq, balıq, yumurta, süd və süd məhsulları olan qidalar daha tez xarab olur və qida zəhərlənmələrinə yol aça bilər. İstifadə edərkən mütləq diqqət yetirilməlidir. Tərəvəz və meyvələr yaxşıca yuyulmalıdır. Həmçinin, təmiz olmayan su istifadəsi və bu sularda yuyulan tərəvəz və meyvələrin istifadəsi ishala səbəb ola bilər. İstifadə olunacaq qidaların günəşdə uzun müddət saxlanılmamasına da diqqət yetirilməlidir.”

Nigar Orucova, “İki sahil”