Rusiyalı həkim Aleksandr Myasnikov “Rossiya” kanalında yayımlanan müəllif şousunun yeni buraxılışında ən çox hansı heyvanların quduzluq və digər ölümcül xəstəliklərin daşıyıcısı olduğunu açıqlayıb.
Myasnikov qeyd edib ki, gəmiricilərin çoxu belə xəstəliklərin aktiv daşıyıcıları deyil. Ancaq yarasalar ciddi təhlükə mənbəyidir: quduzluğa çox asan yoluxurlar və yayırlar. "Yarasa ciddi bir şeydir. O, təkcə koronavirusu yaymır. Yarasa ehtimal ki, gələcək infeksiyaların da mənbəyi olacaq. Heç vaxt yarasaları ev heyvanı kimi saxlamayın", - deyə həkim xəbərdarlıq edib.
Mütəxəssis onu da qeyd edib ki, yarasa dişləməsi məsələn, pişiyin dişləməsindən qat-qat təhlükəlidir. Bundan sonra dərhal həkimə müraciət etməlisiniz.
Nubar Süleymanova, “İki sahil”