İyunun 23-də 2024-2025-ci tədris ili üçün Naxçıvan Qızlar Liseyinə qəbul imtahanı keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, Heydər Əliyev adına tam orta məktəbdə keçirilən imtahanda IV sinfi bitirən 261 qız şagird iştirak edib.
Şagirdlərə Azərbaycan dili və riyaziyyat fənnlərindən qapalı test formasında ümumilikdə 45 sual təqdim olunub və 90 dəqiqə vaxt ayrılıb.
Şagirdlər imtahan nəticələrini şagirdlərin elektron yerdəyişmə portalından (sy.edu.az) əldə edə biləcəklər.
Qeyd edək ki, muxtar respublikada ilk dəfə liseylərə qəbul ölkə üzrə mərkəzləşmiş qaydada aparılır.
Məlumat üçün bildirək ki, liseyə ən yüksək nəticə göstərən 60 şagird qəbul olunacaq. İmtahan nəticələri 10 gün ərzində elan ediləcək.
Baş prokuror Malayziyanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri ilə görüşüb
ADSEA Yengicə su anbarı və Şirvan suvarma kanalının tikintisi çərçivəsində mediatur təşkil etdi - FOTO/VİDEO
Rəyasət Heyətinin Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması qərarı təsdiq edilib
Hepatit B və C tam müalicə olunurmu? – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti açıqlayır
YAP Kürdəmir rayon təşkilatında Nəsibə Hidayətovanın 65 illik yubileyi qeyd olunub