20 iyun 2024 02:20
452

Kosmosda sürətlə uçan ulduz aşkarlandı

Amerika alimləri kosmosda 2,1 milyon km/saat sürətlə uçan (Yerdəki səs sürətindən 1,5 min dəfə çox) qəribə gəzən ulduz aşkar ediblər.

"İki sahil" milli.az-a istinadən xəbər verir ki, bu barədə San Dieqo Kaliforniya Universitetinin rəsmi saytı məlumat yayıb.

Alimlər ulduzu J1249+36 adlandırıblar və L-alt cırtdan ulduzlar sinfinə aid edirlər.

Yeni kəşf edilən ulduzun Süd Yolu üzərindən belə yüksək sürətlə hərəkət etməsinin səbəbi alimlərə bəlli deyil.