11 iyun 2024 18:23
526

Dünyanın ən yaxşı sousları

Sous - istənilən əsas yemək və ya qarnir üçün nəzərdə tutulan duru ədviyyatdır. Əvvəllər souslar qidaya duzlu ədviyyat kimi qatılırdı. Souslar dadına, rənginə və hazırlanma qaydasına görə fərqlənirlər. Onlar əsasən tərkibində olan əsas komponentə¸ reseptin müəllifi və ya ümumiyyətlə tanınmış insana görə və ölkəyə görə tanınırlar.

"Taste Atlas" (Dad atlası) dünyanın ən yaxşı souslarının siyahısı hazırlanıb. Meksika, Yunanıstan, Livan, Peru və Serbiya da daxil olmaqla dünyanın bir çox ləzzətindən ibarət siyahı sosial mediada gündəm yaradıb.

Beləliklə, ilk beşlikdə ləzzətinə və məşhurluğuna görə bu souslar qərarlaşıb:

Toum (Livan)

Əgər siz Deyrada gəzərkən Livan restoranına girmək qərarına gəlsəniz və hansısa əsas yemək sifariş versəniz, o zaman yəqin ki, onun yanında sizə sarımsaqlı ağ "thoom" sousu (sarımsaqlı ayoli) təqdim edəcəklər. Livanda bu, "toum" adlanır, ərəbcə sarımsaq deməkdir. Sarımsaqlı sous mayonez və ya xamaya bənzər, sarımsaq və limon şirəsi ətrini verən ağ kremli teksturaya malikdir. Sous ət yeməkləri ilə, xüsusən toyuq şaurması, qızardılmış toyuq, barbekü və toyuq kababı ilə yaxşı uyğunlaşır.

Aji criollo (Peru)

Aji criollo sarı aji bibəri və yağın birləşməsi ilə hazırlanan ədviyyatlı Peru salsasıdır. Sous ümumiyyətlə xoş ədviyyatlıdır, lakin son dərəcə isti olur. Buna görə ilk dəfə dadarkən diqqətli olmalısınız. Sous ənənəvi olaraq müxtəlif ət və balıq yeməkləri ilə yaxşı uyğunlaşır, eyni zamanda tez-tez fransız kartofları və “tequeños” üçün batırma kimi istifadə edilir. Ekvadorlu bir sousla eyni adı paylaşmasına baxmayaraq, rəngi, hazırlanma üsulu və istifadə olunan maddələr baxımından ondan əhəmiyyətli dərəcədə fərqlənir.

Leskovački domaći ajvar (Serbiya)

Leskovac bölgəsindən gələn ənənəvi Serb ədviyyatı qısa olaraq Ajvar da adlandırılır. Yalnız yerli qırmızı bibər sortlarından hazırlanır. Bibərlər açıq odda qovrulur, təmizlənir, doğranır, qurudulur və yavaş-yavaş əl ilə qızardılır. Dadı ləzzətli və istiotludur. Bu qiymətli ləzzət iki növdə hazırlanır - yumşaq və isti.

Guacamole (Meksika)

Meksika mətbəxinə aid və tərkibinə görə sousu xatırladan yemək. Ənənəvi olaraq sous avokado, limon şirəsi və duzdan ibarət olur. Adətən bura pomidor, istiot və digər ədviyyatlar əlavə olunur. Quakamole sözü atsteklərin dilindən götürülüb, bu sous əsasən Meksika və İspaniyada məşhurdur. Quakamole qarğıdalı çipsləri ilə yeyilir və istənilən yeməyin yanında təqdim edilə bilər. Bu sosus çox faydalı hesab edilir və əsasən vegetarianlar, sağlam həyat tərzinə üstünlük verənlər tərəfindən sevilir.

Tratziki (Yunanıstan)

Tzatziki qatıq, xiyar, sarımsaq, şüyüd, nanə və ya cəfəridən eyni zamanda, ədviyyatlardan hazırlanmış yunan qarışığıdır.  O, adətən bir çox ət yeməkləri ilə uyğunlaşdırılaraq yeyilir. Sadə qəlyanaltı olan Tzatziki həmişə soyuq verilir və onu “giros” və “souvlaki” kimi yeməklərlə daha çox təqdim edirlər. Məşhurluğunu nəzərə alsaq, İran, İraq, Türkiyə, Kipr, Bolqarıstan və Serbiya kimi ölkələrdə tzatziki-nin bir çox regional versiyalarının olması təəccüblü deyil.

Nigar Orucova, “İki sahil”