10 iyun 2024 12:24
337

“Qafqaz Qartalı - 2024”: PUA ilə şərti düşmən mövqelərinə qəfil zərbə endirilib

Azərbaycanda keçirilən “Qafqaz Qartalı - 2024” təlimində xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirirlər.

Bu barədə Müdafiə Nazirliyindən "İki sahil"ə verilən məlumatda qeyd olunub.

Bildirilib ki, birgə təlimin növbəti mərhələsində şərti düşmənin yerləşmə məntəqəsi müəyyən olunaraq zərbə PUA-sının tətbiqi ilə qəfil basqın icra edilib, onun canlı qüvvəsi zərərsizləşdirilib.

“Qafqaz Qartalı - 2024” təlimində qarşıya qoyulan tapşırıqlar Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçuları tərəfindən müvəffəqiyyətlə icra olunur, - məlumatda vurğulanıb.