07 iyun 2024 02:36
426

Şokoladın qanda şəkərin səviyyəsini yüksəltdiyi iddiası mifdir

Qədim dövrlərdən bəri şokoladın ətrafında miflər mövcuddur. Bir vaxtlar şokoladlar Cənubi Amerikada alış üçün ödəniş kimi istifadə olunurdu.  Bir çoxları şokoladın qanda qlükoza səviyyəsini artırdığı iddialarını əsas gətirərək onu müntəzəm olaraq istehlak etməkdən çəkinirlər. Ancaq "Rusiya 1" telekanalında yayımlanan "Ən vacibi haqqında" sağlamlıq verilişinin aparıcısı Sergey Aqapkin bu inancı mif adlandırıb.

O, qeyd edib ki, şokoladın tərkibində ümumi qəbul edilən qədər şəkər yoxdur və kakao yağı ilə əlaqə sayəsində yavaş-yavaş əriyən və müvafiq olaraq yavaş-yavaş parçalanan odadavamlı bir maddəyə çevrilir, qlükoza udma dərəcəsi azalır.

"Bu səbəbdən tünd şokolad 20-dən aşağı qlisemik indeksə malikdir" , - deyə mütəxəssis şokolad həvəskarlarını sakitləşdirib.

Nubar Süleymanova, “İki sahil”