27 may 2024 02:34
396

Çexiya millisi dünya çempionu olub

Xokkey üzrə dünya çempionatının final oyununda Çexiya yığması İsveçrə yığmasını 2:0 hesabı ilə məğlub edib.

“İki sahil” xəbər verir ki, Praqada baş tutan görüşdə qolları David Pastrnak (50-ci dəqiqə) və David Kampf (60-cı dəqiqə) vurub.

Bununla Çexiya millisi 2010-cu ildən bəri ilk dəfə dünya çempionu olub.