Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl” şüarı altında növbəti Bakı marafonu keçirilib.
“İki sahil” xəbər verir ki, marafon idmanın inkişafına dəstək göstərmək və sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 380-dək əməkdaşı da marafonda iştirak edib.