26 may 2024 21:26
448

MPL : 2023/24 mövsümü yekunlaşdı

Mövsümün son oyununda qalib müəyyənləşmədi

Bu gün Misli Premyer Liqasında 2023/24 mövsümünə yekun vurulub

“İki sahil” xəbər verir ki, mövsümün və sonuncu – 36-cı turun son qarşılaşmasında “Araz-Naxçıvan” “Qarabağ”ı qəbul edib.

Hesabı 4-cü dəqiqədə Meydan sahiblərinin heyətində Elvis Maşike açıb. 27-ci dəqiqədə Olavio Juninyo ağdamlıların bərabərlik qolunu vurduğu yarışın 32-ci dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Vadim Abdullayev topu öz qapısından keçirərək qonaqları hesabda irəli çıxarıb – 1-2.

58-ci dəqiqədə Abdulla Rzayev hesabı bərabərləşdirib. Oyun bu hesabla da başa çatıb.

Misli Premyer Liqası

36-cı tur

26 may (bazar)

19:30. “Araz-Naxçıvan” 2–2 “Qarabağ”

Qollar: Elvis Maşike, 4 (1:0), Olavio Juninyo, 27 (1:1), Vadim Abdullayev, 32-avtoqol (1:2), Abdulla Rzayev, 58 (2:2) “Azersun Arena”

  • Misli Premyer Liqası
N Klublar O Q H M T-F X
1 Qarabağ 36 26 5 5 97-37 83
2 Zirə 36 16 10 10 33-22 58
3 Sabah 36 17 7 12 50-40 58
4 Sumqayıt 36 15 12 9 37-38 57
5 Neftçi 36 16 8 12 51-40 56
6 Turan Tovuz 36 13 9 14 53-53 48
7 Səbail 36 11 9 16 50-60 42
8 Araz-Naxçıvan 36 9 9 18 31-50 36
9 Kəpəz 36 9 8 19 39-67 35
10 Qəbələ 36 7 5 24 30-64 26

 

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 19 qol
Aleksandr Ramalinqom ("Səbail") - 15 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol
Nəriman Axundzadə ("Qarabağ") - 12 qol

Məhərrəm Ağalaroğlu, “İki sahil”