26 may 2024 20:59
473

U-23 Avropa çempionatı: Güləşçilərimizdən daha 1 qızıl və 2 bürünc medal

Azərbaycanın daha üç sərbəst güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında medal qazanıb.

“İki sahil” xəbər verir ki, təmsilçimiz Cəbrayıl Qadjiyev (74 kq) finalda  rusiyalı Kamil Abdulvahabova 6:5 hesabı ilə qalib gələrək qızıl qazanıb.

Digər idmançılarımızNurəddin Novruzovla (61 kq) Arseni Djioyev bürünc mükafata sahib çıxıblar.

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) ötən gün gümüş medal qazanıblar. Daha əvvəl 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi U-23 Avropa çempionatının qalibi olub. Bir dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medal əldə edən qadınlardan ibarət yığma isə 76 xal toplayaraq ilk dəfə komanda hesabında üçüncü yeri tutub.