26 may 2024 11:20
470

Daha üç güləşçimiz Avropa çempionatında medal görüşünə çıxacaq

Bu gün Azərbaycanın daha üç sərbəst güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında medal görüşünə çıxacaq.

“İki sahil” xəbər verir ki, Cəbrayıl Qadjiyev (74 kq) finalda Kamil Abdulvahabovla (AİN) üz-üzə gələcək.

Nurəddin Novruzov (61 kq) üçüncü yer uğrunda görüşdə Yaqor Rudauski (AİN) ilə, Arseni Djioyev isə finlandiyalı Miko Elkalayla qarşılaşacaq.

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) ötən gün gümüş medal qazanıblar. Daha əvvəl 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi U-23 Avropa çempionatının qalibi olub. Bir dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medal əldə edən qadınlardan ibarət yığma isə 76 xal toplayaraq ilk dəfə komanda hesabında üçüncü yeri tutub.