PSJ “Lion"u məğlub edərək Fransa Kubokunu qazanıb.
“İki sahil” xəbər verir ki, Villnyov-d Ask şəhərindəki "Pyer-Morua" stadionunda keçirilən görüş Luis Enrikenin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Paris klubu hesabı 22-ci dəqiqədə açıb, Nuna Mendeşin ötürmə etdiyi Usman Dembele fərqlənib. Qarşılaşmada həmçinin 12 dəqiqə sonra Fabian Ruis, rəqib komandadan isə Ceyk O Brayen fərqləniblər.
Qeyd edək ki, "PSJ" nin hücumçusu Kilian Mbappe 2023/24-cü illər mövsümünü başa vurduqdan sonra Paris komandasını tərk edəcək.
PSJ Fransa çempionatını da qazandı. 34 turda Paris komandası rəqiblərinə titul şansı vermədən 76 xal toplayıb. Komandanı ən yaxın təqibçisi "Monako"dan 9 xal ayırır.