26 may 2024 01:22
299

2-ci dəfə Asiya Çempionlar Liqasının qalibi oldular

BƏƏ-nin “Əl Ayn” klubu Asiya Çempionlar Liqasının qalibi olub.

“İki sahil” xəbər verir ki, komandafinalın cavab oyununda evdə “Yokohama F.Marinos”a 5:1 hesabı ilə qalib gəlib.  İlk oyun Yaponiya klubunun qələbəsi ilə yekunlaşıb - 2:1. İki görüşün cəminə əsasən BƏƏ təmsilçisi turnirin kubokunu qazanıb.

Beləliklə, “Əl Ayn” tarixində ikinci dəfə Asiya Çempionlar Liqasının qalibi olub. Rekord "Əl-Hilal"a məxsusdur - 4 titul.