26 may 2024 01:01
368

Almaniya kubokunun qalibi bilindi

Almaniya kubokunun qalibi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, həlledici matçda "Bayer" "Kayzerslautern"lə qarşılaşıb. 1:0 hesabı ilə qalib gələn Leverkuzen təmsilçisi kubokun sahibi olub.

"Kayzerslautern" - "Bayer" - 0:1
Qol: Caka, 17
Qırmızı vərəqə: Kossunu, 44 ("Bayer")

"Bayer" üçün bu, klubun tarixində ikinci Almaniya kubokudur. Daha əvvəl klub bu kuboku 1992/1993 mövsümündə qazanmışdı.

Bu mövsüm  Almaniya çempionu da olan “Bayer” Avropa Liqasının finalına yüksəlib və burada İtaliya “Atalanta”sına 0:3 hesabı ilə uduzub.