Bu gün Misli Premyer Liqasında sonuncu - 36-cı tur start götürüb.
“İki sahil” xəbər verir ki, ilk gündə 3 matç keçirilib. Bununla da 2-4-cü yerləri tutanların adına aydınlıq gəlib.
Bu gün "Zirə" evdə "Səbail"ə, "Sumqayıt" "Qəbələ"yə qalib gəlib. "Sabah" isə səfərdə "Neftçi"ni məğlub edib. Bununla da "Zirə", "Sumqayıt" və "Sabah" növbəti mövsüm üçün avrokuboklara vəsiqə qazanıblar.
"Zirə" Premyer Liqanı 2-ci yerdə, "Sabah" 3-cü pillədə, "Sumqayıt" isə 4-cü yerdə başa vurub. "Neftçi" 5-ci olub və avrokuboklardan kənarda qalıb.
Misli Premyer Liqası,
36-cı tur
25 may (şənbə)
19:00. “Zirə” 1-0 “Səbail”
Qol: Qismət Alıyev, 57 (1:0)
Qırmızı vərəqə: Valdemar Almeyda, 70 ("Səbail")
Zirə İdman Kompleksinin stadionu
19:00. “Neftçi” 0–1 “Sabah”
Qol: Namik Ələsgərov, 86 (0:1)
“Neftçi Arena”
19:00. “Sumqayıt” 1–0 “Qəbələ”
Qol: Erik Sorqa, 52 (1:0)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu