25 may 2024 19:23
389

Qızıl Avropa Liqası: Millimiz İsveçlə qarşılaşıb

Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.

“İki sahil” xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma II turun ikinci matçında İsveç komandası ilə üz-üzə gəlib.

Rumıniyadakı qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:0 (25:19, 25:19, 25:19).

Ötən gün Rumıniyaya (0:3) uduzan komanda I turda Xorvatiyaya qalib gəlib (3:0), Slovakiyaya isə (1:3) məğlub olub.