25 may 2024 13:31
338

Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu seçildi

UEFA Avropa Liqasında 2023/2024 mövsümünün ən yaxşı oyunçusu bəlli olub.

“İki sahil” xəbər verir ki, "Marsel"in hücumçusu Pyerr-Emerik Obameyanq başa çatan mövsümün ən yaxşısı seçilib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 34 yaşlı qabonlu forvard bu mövsüm Avropa Liqasında meydana çıxdığı 13 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.