Azərbaycanda səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbasetin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 22-də Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər düzüb.
“İki sahil” xəbər verir ki, Əlcəzair parlamentariləri, həmçinin Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildiriblər, məzarları üzərinə gül dəstələri düzüblər.
Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə-müsabiqəsi keçirilir
Rəcəb Tayyib Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram VİDEO
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Ziyafət Əsgərov: Azərbaycan və Əlcəzair beynəlxalq arenada uğurla əməkdaşlıq edir