Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov etimadnaməsini Portuqaliya prezidenti Marselo Rebelo de Sousaya təqdim edib.
“İki sahil” xəbər verir ki, səfir görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Portuqaliya Prezidentinə çatdırıb.
Həmçinin səfir cari ilin noyabr ayında keçiriləcək COP29-a Azərbaycan Prezidentinin dəvətini Portuqaliya Prezidentinə təqdim edib.
Azərbaycanın Portuqaliya ilə ikitərəfli münasibətlərə xüsusi önəm verməsi və tezliklə Lissabon şəhərində Azərbaycan səfirliyinin diplomatik ofisinin açılmasının nəzərdə tutulması İ.Muxtarov tərəfindən Portuqaliya Prezidentinin diqqətinə çatdırılıb.
Portuqaliya dövlət başçısı öz növbəsində Azərbaycan Prezidentinə salamlarını çatdıraraq dəvətə görə təşəkkürünü ifadə edib və tezliklə Azərbaycan dövlət başçısı ilə görüşməkdən məmnun olacağını bildirib.
Qeyd edək ki, etimadnamənin təqdimetmə mərasimi XVI əsrə mənsub qədim kral sarayı və Portuqaliya Prezidentinin rəsmi rezidensiyası kimi fəaliyyət göstərən tarixi Belem sarayında baş tutub.
“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə-müsabiqəsi keçirilir
Rəcəb Tayyib Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram VİDEO
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Ziyafət Əsgərov: Azərbaycan və Əlcəzair beynəlxalq arenada uğurla əməkdaşlıq edir