Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları antisanitar vəziyyət yaradan küçə ticarətinin qarşısının alınması məqsədilə şəhər ərazisində profilaktik tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunadan “İki sahil”ə verilən məlumata görə, tədbirlər zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıblar.
Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar.
Baş İdarə əməkdaşları tərəfindən qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslər barəsində də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
Bundan başqa monitorinq zamanı şəhər ərazisində fəaliyyət göstərən bir neçə avtoyuma məntəqəsində çirkab suların yola axıdılması nəticəsində antisanitar vəziyyətin hökm sürməsi məlum olub. Həmin məntəqə sahibləri ilə profilaktiki söhbət aparılıb və barələrinə qanuna müvafiq tədbir görülüb.
Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası keçirilib
Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatının rəsmi açılış mərasimi keçirilib
Baş redaktorun oğlu və gəlini dul qadını aldatdılar: Elvin Məhərrəmov həbs edildi