Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, bu çərçivədə, Qəbələ şəhəri ərazisində qanunsuz olaraq tikinti işinin aparılması faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Qəbələ Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.
Ölkəmizdə digər millətlərə və dinlərə mənsub şəxslərə aid qəbiristanlıqların mövcud vəziyyətinə dair monitorinq hesabatı hazırlanıb
Bakı Metropoliteni tarixində bir ilk: “Metro Hackathon” layihəsinə qeydiyyat başlandı