Əlilliyi olan tələbələrin UNEC-də təhsil almaları, onların təhsil mühitinə çevik adaptasiya olunmaları üçün universitetdə inklüziv mühit yaradılması təmin olunub.
“İki sahil” xəbər verir ki, 2015-ci ildən UNEC-də fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin peşəkar komandası əlilliyi olan tələbələrin ehtiyaclarına uyğunlaşdırılmış fərdi inkişaf və təlim proqramı tətbiq etməklə, onların keyfiyyətli təhsil almasına, sosial həyata inteqrasiyasına dəstək olurlar.
Hazırda UNEC-də 200-dən çox əlilliyi olan gənc təhsil alır. Onlardan biri də arzularının arxasınca gedərək, xəyallarını gerçəkləşdirən UNEC-in Qiyabi və Əlavə təhsil Mərkəzinin tələbəsi Məhsim Bədirxanovdur.
Məhsim Bədirxanovun uğur hekayəsini dinləyək:
Ölkəmizdə digər millətlərə və dinlərə mənsub şəxslərə aid qəbiristanlıqların mövcud vəziyyətinə dair monitorinq hesabatı hazırlanıb
Bakı Metropoliteni tarixində bir ilk: “Metro Hackathon” layihəsinə qeydiyyat başlandı