13 fevral 2024 11:23
488

Şərti sərhəddə yaralanan hərbçimiz danışdı - AzTV-yə EKSKLÜZİV AÇIQLAMA

Fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb. 

“İki sahil” xəbər verir ki,  Zəngilan istiqamətində Ermənistanın təxribatı nəticəsində yaralanan hərbi qulluqçu 2001-ci il təvəllüdlü Pərviz Xəlilzadə AzTV-yə açıqlama verib.