03 fevral 2024 00:01
441

Yaxşılığa yamanlıq - VİDEO

Türkiyənin İzmir şəhərində baş verən cinayət hadisəsi ölkənin gündəminə çevrilib.

“İki sahil” xəbər verir ki, taksi sürücüsü Oğuz Erge yol kənarında dayanan şəxsi soyuqda üşüməsin deyə, avtomobilinə əyləşdirib.

Arxa oturacaqda oturan şəxs isə sürücüyü tapança ilə atəş açaraq onu ağır yaralayıb. Avtomobildən düşən sərnişin güllələdiyi kişiyə “heç kimə inanmayacaqsan, dayı” deyib.

Cinayətkarın bu davranışı Türkiyədə “yaxşılığı öldürdü” başlığı ilə medianın gündəmini zəbt edib.

Qeyd edək ki, fevralın 1-də ağır yaralanan O.Erge bu gün dünyasını dəyişib. O, iki uşaq atası idi.