Azərbaycanlı futbol məşqçiləri Türkiyənin "Fənərbağça" klubunun akademiyasında olublar.
“İki sahil” İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, AFFA "Qəbələ"nin U-19 komandasında çalışan Zaur Hacıyevi və "Sabah"ın U-19 kollektivində işləyən Saşa Yunisoğlunu qardaş ölkəyə təcrübə məqsədilə göndərib.
Məşqçilər bir həftə "Fənərbağça" akademiyasında olublar və klubu ölkəmizdə qəbul etmək istədiklərini də vurğulayıblar.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi