İsveç yığmasının AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
“İki sahil” xəbər verir ki, baş məşqçi Yanne Andersson 25 futbolçuya dəvət göndərib.
Onlardan 3-ü qapıçı, 8-i müdafiəçidirsə, digər 14 nəfər yarımmüdafiə və hücum xəttində çıxış edir.
Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycanın qonağı olacaq isveçlilər bundan üç gün sonra Solnada Estoniyanı qəbul edəcəklər.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi