İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) III Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisində öz stendi ilə iştirak edir.
“İki sahil” xəbər verir ki, maraqla qarşılanan stenddə sərgi iştirakçılarına ölkədə fəaliyyət göstərən sənaye parklarında sahibkarlar üçün mövcud investisiya imkanları, tətbiq olunan vergi və gömrük güzəştləri, Qarabağda yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının baş planları və hər iki sənaye parkında görülmüş işlər barədə məlumatlar verilir.
Sərgi çərçivəsində “Qarabağ iqtisadi rayonunun dirçəlişi, bərpası və yenidən qurulması” mövzusuna həsr edilmiş panel iclasda sənaye zonalarına dair təqdimat keçirilib.
Qeyd edək ki, “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisi oktyabrın 21-dək davam edəcək.
Müşfiq Məmmədli dövlət müəssisələrinin maliyyə nəzarəti və xaricdə təhsil proqramı ilə bağlı təkliflər irəli sürüb
Azərbaycan və ABŞ arasında aqrar əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin icrasını müzakirə ediblər