44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərinə raket hücumları və nəticədə yaşanan insanlıq faciəsi barədə sənədli film hazırlanıb.
“İki sahil” xəbər verir ki, “Qanadı sınmış mələklər” adlanan film Gəncə şəhərinə raket hücumları zamanı dünyasını dəyişmiş və ailə üzvlərini itirmiş uşaqlardan bəhs edir.
Qeyd edək ki, 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı günlərdə raket hücumuna məruz qalıb. Terror nəticəsində 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb.
Milli Azərbaycan Tarixi Muzeyində “Güllələnmiş türkoloqlar” sərgisi keçiriləcək
Milli Xalça Muzeyində macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq
Bakıda "Asiman" qalereyasının açılışı və "Susuzluq" rəsm silsiləsinin təqdimatı olub