Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 454 daimi yeni iş yeri açılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli rəsmi "X" hesabında paylaşım edib.
İş yerlərinin 47-si dövlət, 407-si özəl sektorun payına düşür. Onlardan 357-si Naxçıvan şəhərində, 50-si Şərur, 30-u Babək, 7-si Ordubad, 5-i Kəngərli və 5-i Şahbuz rayonlarında yerləşir.
Müşfiq Məmmədli dövlət müəssisələrinin maliyyə nəzarəti və xaricdə təhsil proqramı ilə bağlı təkliflər irəli sürüb
Azərbaycan və ABŞ arasında aqrar əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub