Şri-Lankalı aktyor Cekson Entoni Kolombo Milli Xəstəxanasında 14 aylıq müalicədən sonra 65 yaşında vəfat edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Adaderana" portalı məlumat yayıb. Bildirilib ki, hadisə 2022-ci il, iyulun 2-də aktyor çəkilişdən qayıdarkən baş verib. Avtomobili fillə toqquşduqdan sonra Entoni xəstəxanaya yerləşdirilib və o vaxtdan müalicəsi davam edib.
Hadisə nəticəsində aktyor və kiçik qardaşı Saman da daxil olmaqla daha iki nəfər xəsarət alıb. Aktyor 7 saat əməliyyat keçirib.
Qeyd edək ki, Entoni 1993-cü ildə karyerasına başlayıb, çoxsaylı film və seriallarda rol alıb. Aktyor 16 dəfə ən yaxşı kişi rolu üzrə milli mükafat qazanıb.
Ağdaşın Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib
Milli Azərbaycan Tarixi Muzeyində “Güllələnmiş türkoloqlar” sərgisi keçiriləcək
Milli Xalça Muzeyində macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq
Bakıda "Asiman" qalereyasının açılışı və "Susuzluq" rəsm silsiləsinin təqdimatı olub