26 aprel 2016 17:44
191

Ekskavatorla təyyarəni ikiyə böldü

Bununla bağlı internetdə yerləşdirilən videoada müxtəlif fikirlər səsləndirilib.

Rusiyada aeroport işçisi ekskavatorla "UT Air" şirkətinə məxsus təyyarəni iki hissəyə bölüb.

Bununla bağlı internetdə yerləşdirilən videoada müxtəlif fikirlər səsləndirilib. Bəziləri bildirir ki bu, işdən qovulmuş işçinin şirkətdən qisasıdır. Bəziləri isə bildirir ki, pilot ekskavatorçuya pul borclu olub.

Amma əslində bunların hamısı iddiadır. Əsl səbəb isə istismar müddəti başa çatmış təyyarənin utilizasiyasıdır.