25 aprel 2016 23:52
378

Texnologiyanın son məhsulu - “ağıllı” sancaqlar

Texnologiya inkişaf etdikcə həyatımızın bir parçasına çevrilən bir çox əşyanın “ağıllı” versiyası çıxır.

Bu dəfə də “OMO” şirkəti “ağıllı” paltar sancağı yaradıb. Bu sancaqlar sayəsində paltar qurutmaq asanlaşacaq.

Üzərindəki sensorlar sayəsində havanın temperaturunu və rütubəti ölçən sancaq telefona mesaj ötürür.

Beləliklə, istifadəçi paltarı nə vaxt sərməli olduğunu bilir. Yağış yağmaq ehtimalı olduqda isə, yenə bu sancaq vasitəsilə paltarları yaş olmadan, vaxtında yığmaq mümkün olur.

 “Ağıllı” sancağın nə vaxt və hansı qiymətə satışa çıxacağı isə bilinmir.