18 sentyabr - Milli Musiqi Günü münasibətilə mədəniyyət və incəsənət xadimləri Birinci Fəxri xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.
“İki sahil” xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və ictimaiyyət nümayəndələri iştirak ediblər.
A.Kərimli Üzeyir Hacıbəyli irsindən, onun musiqi sahəsinə verdiyi töhfələrdən danışıb.
Sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edib.
Çıxışlardan sonra Üzeyir Hacıbəylinin məzarı üzərinə əklil və gül dəstələri qoyulub.
Sonda mədəniyyət və ictimaiyyət nümayəndələri Birinci Fəxri xiyabanda mədəniyyət və musiqi xadimlərinin məzarlarını da ziyarət edib, abidələri önünə gül dəstələri düzüblər.
Ağdaşın Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib
Milli Azərbaycan Tarixi Muzeyində “Güllələnmiş türkoloqlar” sərgisi keçiriləcək
Milli Xalça Muzeyində macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq
Bakıda "Asiman" qalereyasının açılışı və "Susuzluq" rəsm silsiləsinin təqdimatı olub