07 sentyabr 2023 01:13
623

Oğurluq itə də yaraşır, erməniyə də...

Görkəmli  bəstəkarımız Cahangir Cahangirovun "Zərif gülüşlüm" mahnısı oğurlanıb, yəni erməniləşdirilib. Acı həqiqətdir ki, Azərbaycana aid olan hər çeyi oğurlayıb öz adlarına çıxmaq ermənilərin köhnə şakəridir. Daim marığa yatıb fürsət gözləyirlər. Bu mövzuda istənilən qədər danışmaq olar. Tarixləri boyu orada-burada köçəri həyat sürən, üzü nasaqlı, başıqapazlı ermənilərin nə mədəniyyəti, nə ədəbiyyatı, nə də tarixi olub. Ona görə də haylar özlərinə saxta tarix, mətbəx və mədəniyyət "düzəltməklə" məşğuldurlar. Onların daha bir oğurluqlarının üstü açılıb. Bu dəfə görkəmli Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Zərif gülüşlüm” adlı mahnısını Arutyun Pambukçıyan və Seda Tadevosyan “Qaram dardzats” adı altında ifa edərək  utanıb-çəkinmədən "Youtube"də yayıblar. Belə həyasızlıq olarmı?

Məlumdur ki, “Zərif gülüşlüm” musiqi əsəri bəstəkar Cahangir Cahangirovun 1969-cu il 18 dekabr tarixli ərizəsi əsasında Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsində (indiki Əqli Mülkiyyət Agentliyi) qeydiyyata alınıb və müvafiq kataloqa daxil edilib. Necə deyərlər, mahnı bununla da "pasportlaşdırılıb."

Bu mahnı bir çox müğənnilər tərəfindən, o cümlədən də Azərbaycanın məşhur ifaçılarından olan Xalq artistləri Şövkət Ələkbərova, İslam Rzayev, Gülağa Məmmədov  tərəfindən də ifa edilib və "Youtube" kanallarına yüklənib. Ermənilərin həyasızlığının dərəcəsinə baxın ki, bütün bu faktları bilə-bilə bu mahnını da oğurlamağa girişiblər.

Əqli Mülkiyyət Agentliyinin ekspertləri, bəstəkarlar Eldar Mansurov və Faiq Sücəddinovun rəylərinə əsasən müəyyən edilib ki, ifa olunan “Qaram dardzats” adlı mahnı Cahangir Cahangirovun “Zərif gülüşlüm” əsəri ilə eynidir. Bu da o deməkdir ki, Arutyun Pambukçyan və Seda Tadevosyan tərəfindən ifa edilən “Qaram dardzats” musiqi əsəri plagiatdır və məşhur Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Zərif gülüşlüm” əsərinin adı “Qaram dardzats” adı ilə əvəz olunaraq bilərəkdən təhrif edilib.

Təbii ki, ermənilər bizim gözəl mahnımızı öz adlarına çıxmaqla həm yaxşı pul qazanmaq, həm belə gözəl musiqinin sahibi kimi tanınmaq  məqsədi güdüblər. Axı, Azərbaycan musiqiləri dünyada çox sevilir. "Cücələrim", "Sarı gəlin", "Koroğlu" üverturası, "Bayatılar" və digər musiqi əsərlərimiz Yer kürəsinin hər bir guşəsində anşlaqla qarşılanıb. "Bayatılar" isə dünyanın yarısında alqışlanıb. Artıq bu mahnı bir neçə ölkədə oranjeman edilərək geniş yayılıb.

"Youtube" kanalında yerləşdirilmiş Arutyun Pambukçyan və Seda Tadevosyan tərəfindən ifa edilən musiqi əsəri haqqında verilən məlumatda Cahangir Cahangirovun adı qəsdən göstərilməməklə onun müəllif kimi şəxsi hüquqları, "Youtube" kanalında kommersiya məqsədilə yerləşdirilməsi nöqteyi-nəzərindən isə əmlak hüquqları pozulub. "Youtube" kanalında mahnı haqqında verilən məlumatda oranjemançı kimi Xaçik Sahakyan göstərilib. Müəllif-hüquq qanunvericiliyi baxımından mahnının oranjeman edilməsi üçün müəlllifdən və ya onun vərəsələrindən icazə alınmalıdır. Bunun üçün isə müraciət olmayıb və heç mümkün də deyil. Erməni hansı üzlə müraciət edə bilər? Ermənilər əbədi olaraq inamı və etibarı itiriblər.

Qeyd etdiyimiz bu hal, eyni zamanda, Azərbaycanın milli qanunvericiliyinin müddəaları ilə yanaşı, həm də Azərbaycanın və Ermənistanın üzv olduqları Ümumdünya Əqli Mülkiyyət Təşkilatınının (ÜƏMT) inzibati idarəçiliyində olan “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və ÜƏMT-nin İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarının ermənilər tərəfindən kobud şəkildə pozulmasıdır. 

Dediyimiz kimi, bu mahnının quldurcasına oğurlanması ermənilərin saysız-hesabsız oğurluqlarından yalnız biridir. Burası heç də təəccüblü deyil, çünki belə şeylər onların sağ əllərindən gələn işlərdir. Biz əgər atalarımızın məlum məsəlinə azacıq düzəliş etsək belə alınar: Oğurluq itə və erməniyə yaraşır...

Vəli İlyasov, "İki sahil"