09 fevral 2026 15:25
298

Yeganə Abbasova: Ölümündən sonra könüllü donor olmağa razılıq verən şəxslərin sayı artıb ÖZƏL

Ölkəmizdə son dövrlərdə ölümündən sonra könüllü donor olmağa razılıq verən şəxslərin sayı əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda, transplantasiya əməliyyatlarının da sayı xeyli çoxalıb.

Bu fikirləri “İki sahil”qəzetinə özəl müsahibəsində Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, anestezioloq-reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Yeganə Abbasova söyləyib.

Onun sözlərinə görə, bu artım həm vətəndaşların orqan donorluğuna olan marağının və məlumatlılığının yüksəlməsi, həm də transplantasiya sahəsində həyata keçirilən ardıcıl maarifləndirmə tədbirləri və müasir texnologiyaların tətbiqi ilə bağlıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”