Artıq bayram üçün nəzərdə tutulmuş qurğular sökülür.
Bu il Gül bayramı əvvəlki kimi olmayacaq. Ermənistan təxribatının qarşısını alarkən həlak olmuş şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq mayın 10-da sadəcə parklarda gül əkilmə aksiyaları keçiriləcək.
Bu barədə ANS-ə Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib. Artıq Gül bayramı üçün nəzərdə tutulmuş qurğular da sökülür. Qeyd edək ki, son günlər ictimaiyyətdə də Gül bayramının keçiriləcəyi ilə bağlı narahatlıq var idi.