Hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirilib, portallarda "sürüşkən yol" işarəsi aktivləşdirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Hazırda hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan körpüsünə qədər olan yolda isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "sürüşkən yol " işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
“İqtisadi islahatlar” jurnalı “Dimensions” və “Scilit” platformalarında indeksləşdirildi
Latviya nümayəndə heyəti Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti ilə tanış olub
Dövlət Məşğulluq Agentliyi ABŞ-nin “Global Tech Awards” beynəlxalq müsabiqəsində xüsusi mükafatlara layiq görülüb