Naxçıvan şəhid Rasim Məmmədovun cənazəsini belə qarşıladı
Goranboy istiqamətində yüksəkliklər uğrunda gedən döyüşlərdə şəhid olmuş Naxçıvanın Babək rayonu Cəhri kənd sakini 40 yaşlı mayor Rasim Əbdül oğlu Məmmədovun cənazəsi bu gecə Naxçıvan Beynəlxalq Hava Limanına göndərilib.
Mayor Rasim Məmmədov tank taborunun komandiri olub. Aprelin 4-də R.Məmmədovun cənazəsi Bakıya gətirilib və axşam saatlarında doğulduğu Naxçıvan MR, Babək rayonun Cəhri kəndinə yola salınıb.
Qeyd edək ki, hazırda şəhidin cənazəsi Naxçıvan şəhərində yerləşən hərbi hospitaldadır. Səhər saatlarında Müdafiə Nazirliyinin əməkdaşları mayor Rasim Məmmədovun cənazəsini doğulduğu Cəhri kəndinə aparacaq. Şəhidin günorta saatlarında dəfn ediləcəyi gözlənilir.
Naxçıvan Beynəlxalq Hava Limanında 5 mindən çox insan öz şəhidini qarşılamağa çıxıb. 500-600 avtomobil karvanı şəhidin cənazəsini müşahidə edib.
Şəhidimiz doğulduğu Cəhri kəndində dəfn olunacaq.
Allah rəhmət eləsin!