12 iyul 2023 14:53
623

Tovuz döyüşlərində “Harop” dronlarının tətbiq edilməsinə dair  GÖRÜNTÜLƏR

Dövlət Sərhəd Xidməti (DSX) Tovuz döyüşlərində “Harop” kamikadze dronlarının tətbiq edilməsinə dair görüntülər yayıb.

“İki sahil” xəbər verir ki, gecə döyüşləri zamanı düşmən hərbi hissəsinin qərargahına, eyni zamanda, düşmənin silah-sursat anbarına “Harop”la zərbələr endirilib.

Bundan başqa, gündüz döyüşləri zamanı düşmənin dayaq məntəqəsi və avtomobili “Harop”la məhv edilib.

Qeyd edək ki, bu gün Tovuz döyüşlərindən 3 il ötür.