11 iyul 2023 09:57
377

Qanunsuz erməni silahlı dəstələrinin fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Xocalı, Xocavənd və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd edilib.