03 iyul 2023 13:04
615

Düşmənin fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

“İki sahil” xəbər verir ki,  bu barədə MN-in yaydığı məlumatda bildirilib.

"Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", məlumatda deyilir.