Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycan dövlət sərhədini pozmaqda təqsirləndirilən Ermənistan vətəndaşları olan erməni hərbi qulluqçuları - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
“İki sahil”in xəbərinə görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra məhkəmədə elan edilib ki, Arutyun Ovagimyan 1989-cu ildə Ermənistanda anadan olub və Gorus rayonunda yerləşən hərbi hissəsində çavuş kimi müddətdən artıq xidmət keçir.
Karen Kazaryan isə 2004-cü ildə Ermənistanda anadan olub və Gorus rayonunda yerləşən hərbi hissədə müddətli hərbi xidmət keçən hərbi qulluqçudur.
Məhkəmənin baxış iclası iyulun 5-nə təyin edilib.