Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105-ci ildönümü ilə əlaqədar Gəncədə sərgi keçirilib.
“İki sahil” xəbər verir ki, sərgi Heydər Əliyev Park kompleksində təşkil edilib. Sərgidə Azərbaycan Silahlı Qüvvələrin arsenalına daxil olan zirehli maşınlar, iri hərbi texnika, həmçinin qumbara, mina atanlar, pilotsuz uçuş aparatları nümayiş etdirilib. Həmçinin hərbiçilərin geyimləri, gündəlik qidalarını əks etdirən stendlər quraşdırılıb.
Qeyd edək ki sərgidə şəhər rəhbərliyi, Quru Qoşunlarının komandanı Ənvər Əfəndiyev və şəhər sakinləri iştirak edib.