Xəbər verdiyimiz kimi, Azərbaycan I Divizionunda mübarizə aparan "Araz-Naxçıvan" futbol klubu çempionatın bitməyinə 3 tur qalmış çempionluğu təmin edib.
“İki sahil” NUHÇIXAN-a istinadən xəbər verir ki, sonuncu oyununu Bakıda "Səbail-2" komandasına qarşı keçirən komanda mayın 8-i axşam saatlarında Naxçıvana qayıdıb.
Klub üzvləri Naxçıvan Beynəlxalq Hava Limanında izdihamla qarşılanıb. Çempionu komandanı qarşılamağa gələn futbol həvəskarları böyük çoşğu yaradıblar. Qırmızı-ağlı bayrağa bürünən gənclər çempionluq şüarları səsləndirib, musiqi nömrələri ifa ediblər.
Qeyd edək ki, "Araz-Naxçıvan" növbəti mövsümdə Misli Premyer Liqasında mübarizə aparacaq.
Komandaya uğurlar diləyirik!
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
Azərbaycan U-16 voleybol milliləri EEVZA çempionatını beşinci pillədə başa vurublar
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb