14 mart 2016 17:12
470

Quzu ətinin qiyməti endi

Novruz Bayramı ərəfəsində ətin qiymətində artım gözlənilmir.

Bayramqabağı quzu əti ucuzlaşıb. Bir çox yerlərdə təxminən 2 manatdək qiymətlər aşağı düşüb. Lakin bəzi yerlərdə   quzu əti 7 manata, bəzi yerlərdə 9 manata satılır.

Quzu ətinin qiyməti endi. Satıcılar bütöv cəmdəyi alana ətin kiloqramını 7 manatdan da verə biləcəklərini deyirlər. Satıcılar ətin ucuzlaşmasını bölgələrdə heyvanın satış qiymətinin enməsi ilə əlaqələndirirlər. Deyrilər ki, bayram qabağı heyvan bazarlarında bolluq var. Təklifin çox olması qiymətlərə də sirayət edir.

Amma heçdə qiymətlər hər yerdə eyni deyil. Baxmayaraq ki, satıcılar heyvanların eyni yerdən gətirdiklərini deyirlər. Hətta bir-birinin yaxınlığında yerləşən dükanlarda 1 manat və daha artıq fərq müşahidə olunur.

Satıcılar və qəssablar deyir ki, quzunu birbaşa özün alıb gətirdikdə ucuz başa gəlir.Bu cür fərq dükanın icarə olub-olmamasından və heyvanın çəkisindən asılı olaraq da yaranır. Satıcılar deyir ki, Novruz Bayramı ərəfəsində də ətin qiymətində artım gözlənilmir.