Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt, Hacıqabul şəhərlərində və Samux rayonu ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov “İki sahil”ə bildirib ki, araşdırma zamanı ağacların Sumqayıt şəhəri, 36-cı məhəllədə Vaqif Rzayev tərəfindən, Samux rayonu, Sərkar kəndində Vədadil Qarayev, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində Rahil Baxışov, Hacıqabul rayonu, yol kənarı ərazidə isə Hacıqabul Rayon Yaşıllaşdırma və Abadlıq İşləri Sahəsi tərəfindən kəsildiyi məlum olub.
Faktlarla bağlı akt tərtib edilib. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.
“Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyasına həsr olunmuş konfransın açılış mərasimi keçirilib
Xaçmazda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi keçirilib