Xəzər rayonu Binə qəsəbəsi sakini 18 yaşlı Şəfa İsgəndərli aprelin 4-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
“İki sahil” xəbər verir ki, bu barədə həmin şəxsin valideynləri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə məlumat veriblər.
İtkin düşən şəxs evdən çıxan zaman əynində qara rəngli kurtka, şalvar və köynək olub.
Şəkildə gördüyünüz Şəfa İsgəndərlinin yeri barədə məlumatı olan şəxslərdən DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə və 012-590-72-03, 012-456-03-02, 055-751-59-82, 055-215-21-20, 050-257-55-55 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
“Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyasına həsr olunmuş konfransın açılış mərasimi keçirilib
Xaçmazda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi keçirilib